Efiopiya təmsilçisi: "Dekolonizasiya Qərb kolonizasiyasının sonunu labüd edir"

Efiopiya təmsilçisi: "Dekolonizasiya Qərb kolonizasiyasının sonunu labüd edir" "Dekolonizasiya Qərb kolonizasiyasının sonunu labüd edir və həmçinin, ədalətsizliyə qarşı mübarizəni tərənnüm edir".
Xarici siyasət
20 Oktyabr , 2023 15:19
Efiopiya təmsilçisi: Dekolonizasiya Qərb kolonizasiyasının sonunu labüd edir
Hebron Fekadu Gebre

"Dekolonizasiya Qərb kolonizasiyasının sonunu labüd edir və həmçinin, ədalətsizliyə qarşı mübarizəni tərənnüm edir".

"Report" xəbər verir ki, bunu Efiopiyada qeyr-hökumət təşkilatı (QHT) rəhbəri olan Hebron Fekadu Gebre Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Avropa müstəmləkə siyasətinin səhiyyəyə və səhiyyə işçilərinə qarşı vurduğu ziyanı qəbul etməlidir. Bu gün səhiyyə sisteminə yerli mütəxəssislər cəlb edilməlidir. Fransa xalqların tarixində mürəkkəb vəziyyətlər yaradıb. Baxmayaraq ki, Efiopiya onun müstəmləkəsi olmayıb, amma bu ölkə üçün də müəyyən problemlər yaradıldığını qeyd edə bilərik", - deyə o əlavə edib.

Gebre bildirib ki, Fransa digər müstəmləkəçi ölkələr kimi, həmişə regionda maraqlı olub. Efiopiya isə həmişə suverenliyin bərpası üçün çalışıb.

QHT rəhbəri vurğulayıb ki, dekolonizasiya məsələsində tarixi kontekst xüsusilə nəzərə alınmalıdır: "Ortaq dəyərlərə əsaslanan kompromisə şərait yaradılmalıdır. Dekolonizasiya müxtəlif ölkələrin iştirakını zəruri edir. Bu iştiraklar nəticəsində qlobal səhiyyə sistemi qurula bilər".

Son xəbərlər

Orphus sistemi