Əbülfəs Qarayev İSESKO-nun İcraiyyə Şurasının 36-cı iclasında çıxış edib

Əbülfəs Qarayev İSESKO-nun İcraiyyə Şurasının 36-cı iclasında çıxış edib Nazir: “Qarabağ məsələsində İSESKO-nun mövqeyi aydındır”
Xarici siyasət
23 Noyabr , 2015 10:46
Əbülfəs Qarayev İSESKO-nun İcraiyyə Şurasının 36-cı iclasında çıxış edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESKO-nun İcraiyyə Şurasının 36-cı rəsmi açılışında çıxışı zamanı qurumun əldə etdiyi uğurları yüksək qiymətləndirib. “Report” xəbər verir ki, nazir çıxışında 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının islam dünyasının mədəniyyət paytaxtı kimi qəbul olunmasını təqdirəlayiq hal hesab etdiyini deyib.

Ə.Qarayev bildirib ki, Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ problemi hər zaman beynəlxalq təşkilatların diqqət mərkəzindədir: “Bu məsələdə İSESKO-nun mövqeyi aydındır, təşkilat Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu gün bir daha İSESKO-nun tərkibinə daxil olan dövlətlərə bu məsələdəki mövqeyinə görə, təşəkkür edirik”.

Son xəbərlər

Orphus sistemi