E.Məmmədyarov: "Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və yeri barədə açıqlama verəcəyik"

E.Məmmədyarov: "Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və yeri barədə açıqlama verəcəyik" "Minsk qrupunun həmsədrləri ilə məhsuldar görüşümüz oldu"
Xarici siyasət
8 Oktyabr , 2017 15:02
E.Məmmədyarov: Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və yeri barədə açıqlama verəcəyik

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ "Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda gözlənilən görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik".

Bunu "Report"a açıqlamasında Azərbaycanın Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Minsk qrupunun həmsədrləri ilə məhsuldar görüşümüz oldu. Hər halda bunu belə qiymətləndirmək olar. Biz yaxın günlərdə, çox güman ki, gələn həftə prezidentlərin görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik", - deyə o söyləyib.

Son xəbərlər

Orphus sistemi