Dumanın Komitə sədri: "Avropa Liqasının Bakı finalına mütləq gedəcəyəm"

Dumanın Komitə sədri: "Avropa Liqasının Bakı finalına mütləq gedəcəyəm" Bakı UEFA Avropa Liqasının final matçının keçirilməsi üçün tam təhlükəsiz şəhərdir.
Xarici siyasət
29 May , 2019 14:27
Dumanın Komitə sədri: Avropa Liqasının Bakı finalına mütləq gedəcəyəm

"Bakı UEFA Avropa Liqasının final matçının keçirilməsi üçün tam təhlükəsiz şəhərdir".

Bunu "Report"un Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.

Avropa Liqasının finalı barədə danışan deputat Bakıya gedəcəyini və mütləq oyunda olacağını bildirib.

"Mənə təhlükəsizliklə bağlı çox suallar verirlər və həmişə özümün orada olacağını cavab verirəm. Təəssüf ki, idmanı tez-tez siyasiləşdirirlər. Amma bilirəm ki, Bakı təhlükəsiz, yaşanmalı şəhərdir. Bu gün ən gözəl və inkişaf edən şəhərlərdən biridir. Avropanı demirəm, heç dünyanda belə gözəl sahil şəhəri yoxdur. Orada təkbaşına gəzməyi xoşlayıram və özümü təhlükəsizlikdə hiss edirəm", - L.Kalaşnikov deyib.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi