Düjarrik: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz bəhrəsini verəcək

Düjarrik: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz bəhrəsini verəcək "Biz çox ümid edirik ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz bəhrəsini verəcək".
Xarici siyasət
10 İyul , 2024 21:21
Düjarrik: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz bəhrəsini verəcək

"Biz çox ümid edirik ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz bəhrəsini verəcək".

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşü şərh edərkən deyib.

Düjarrik BMT Baş katibinin iki ölkə arasındakı normallaşma prosesini yüksək qiymətləndirdiyini deyib:

"Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və bir sıra ikitərəfli məsələlərin həlli təkcə hər iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli təsirə malikdir".

Qeyd edək ki, iyulun 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Son xəbərlər

Orphus sistemi