DTX rəisi: "Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır"

DTX rəisi: "Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır" "Bunun üçün müvafiq dövlət orqanları ilə əməkdaşlıq edilir"
Xarici siyasət
24 Sentyabr , 2017 12:57
DTX rəisi: Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan İŞİD terror təşkilatına qoşularaq ölən vətəndaşların övladlarının geri qaytarılması üçün iş aparır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir", - deyə o bildirib.

O həmçinin qeyd edib ki, son 5 il ərzində 900-ə yaxın azərbaycanlının İŞİD-ə qoşulduğunu, onlardan 85-nin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını, 195 nəfərinin Azərbaycan vətəndaşlığından çıxarıldığını, bir çoxunun isə döyüş zamanı öldüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi