Drezdendə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb
Xarici siyasət
- 22 yanvar, 2016
- 06:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gündən Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb. "Report"un xəbərinə görə, bunu jurnalistlərlə söhbətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib.
O deyib ki, gələcək aylarda Azərbaycanın rayonlarında, eləcə də Rusiya, Portuqaliya İsveçrə və s . ölkələrdə də bu cür filiallar yaradılacaq. "Məqsəd əcnəbi gənclərlə, xarici ölkə vətəndaşları ilə daha yaxından tanış olmaq və Azərbaycanla bağlı təbliğat aparmaqdır", - K.Abdullayev əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan olunub.
Son xəbərlər
08:12
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:06
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Digər ölkələr
07:43
KXDR nüvə çəkindirmə qüvvələrini gücləndirməkdən imtina etməyəcəyini bəyan edib
Digər ölkələr
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr