Yuxarı
    Bağlamaq

    Dövlət Dumasının sədri: "Azərbaycan AŞPA-da ədalət və sağlam düşüncə lehinə səs verib"

    Sergey Narışkin AŞPA qış sessiyası çərçivəsində Rusiya ilə bağlı səsverməni şərh edib

    Bakı. 31 yanvar. REPORT.AZ/ AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ədalət və sağlam düşüncə lehinə səs verib. "Report" "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bu gün "Vesti 24" telekanalının efirində AŞPA qış sessiyası çərçivəsində Rusiya ilə bağlı səsverməni şərh edərkən bildirib.

    Dövlət Dumasının sədri siyasi təzyiqə məruz qalmayan və istədikləri kimi səs verən AŞPA-nın qalan üçdə bir hissəsinə Azərbaycan parlament nümayəndə heyətini nümunə kimi göstərib. "AŞPA-nın üçdə bir hissəsi - möhkəm, sağlamdüşüncəli, dürüst insanlar və deputatlardır, onlar hər şeyi dərk edir və ədalətlə səs verirlər və bundan çəkinmirlər.  Azərbaycan parlament nümayəndə heyətindən bizim dostlarımız və həmkarlarımız lazım bildikləri kimi ədalət, sağlam düşüncə və demokratiya lehinə səs veriblər. Bu bir nümunədir", - Sergey Narışkin qeyd edib. 

    Xatırladaq ki, AŞPA sessiyasında səsvermə nəticəsində Rusiya səs hüququnu itirərək, 1 il müddətinə Assambleyanı tərk edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi