Dövlət başçısı: "Bakı, Naxçıvan və digər şəhərlərdə çarpayılar ayrılıb və ehtiyac olsa, Türkiyədən xəstələri gətirməyə hazırıq"

Dövlət başçısı: "Bakı, Naxçıvan və digər şəhərlərdə çarpayılar ayrılıb və ehtiyac olsa, Türkiyədən xəstələri gətirməyə hazırıq" "Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq".
Xarici siyasət
8 Fevral , 2023 16:04
Dövlət başçısı: Bakı, Naxçıvan və digər şəhərlərdə çarpayılar ayrılıb və ehtiyac olsa, Türkiyədən xəstələri gətirməyə hazırıq

"Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.

"Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var" - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi