Dövlət başçısı: "Azərbaycan-Makedoniya münasibətləri dinamik inkişaf yolundadır"
- 07 sentyabr, 2018
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Makedoniya münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı xalqlarımızın rifahına daim töhfələr verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".