Dominikanın Azərbaycandakı səfiri: “Diplomatların xeyriyyə tədbiri bütün ölkələrdə keçirilməlidir”

Dominikanın Azərbaycandakı səfiri: “Diplomatların xeyriyyə tədbiri bütün ölkələrdə keçirilməlidir” “Diplomatların və həyat yoldaşlarının xeyriyyə bazarı bütün ölkələrdə keçirilməlidir”.
Xarici siyasət
10 Dekabr , 2023 23:12
Dominikanın Azərbaycandakı səfiri: “Diplomatların xeyriyyə tədbiri bütün ölkələrdə keçirilməlidir”

“Diplomatların və həyat yoldaşlarının xeyriyyə bazarı bütün ölkələrdə keçirilməlidir”.

Bu fikirləri “Report”un Ankara Bürosuna Dominikan Respublikasının Türkiyədə və Azərbaycandakı səfiri Elvis Alam bildirib.

Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbərliyi ilə bu gün Ankarada keçirilən beynəlxalq tədbirdə ailəsi ilə birlikdə iştirak edən səfir deyib ki, Ankarada düzənlənən xeyriyyə bazarı müxtəlif mədəniyyətlərin bir araya gətirilməsi baxımından da əhəmiyyətlidir: "Biz burda müxtəlif mədəniyyətləri təmsil edən sənət və mətbəx nümunələri ilə tanış oluruq".

Səfir onu da qeyd edib ki, Dominikan satış yarmarkasında iki stendlə təmsil olunur: “Milli yeməklərimiz, kofe və incəsənət nümunələrimizi təqdim edirik”.

Elvis Alam tədbirə böyük önəm verdiyini bildirərək, nəticələrdən müsbət gözləntilərinin olduğunu vurğulayıb: “Düşünürəm ki, belə humanist tədbir dünyanın hər yerində keçirilsə, çox faydalı olar”.

Son xəbərlər

Orphus sistemi