"Dominikan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və onun suverenliyinə hörmətlə yanaşır”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Dominikanın Ankarada iqamət edən Azərbaycan və Türkiyədəki səfiri Elvis Antonio Alam Loran bildirib.
Beynəlxalq hüquqa görə, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinin toxunulmazlığını xatırladan səfir deyib ki, hər bir dövlət başqa bir dövlətin hüquqi subyekt statusuna hörmətlə yanaşmalıdır: "Biz Azərbaycana da, Azərbaycanda yaşayanların hüquqlarına da hörmət edirik. Ümid edirik ki, Cənubi Qafqazda daimi sülhün bərpası məsələsi diplomatik yolla həll ediləcək”.
Səfir Azərbaycanla Dominikan arasında çox gözəl münasibətlər olduğunu qeyd edib. O, bu münasibətlərin daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.