DMX rəisi: "Ukraynadan olan miqrantlara Azərbaycanda güzəştlər tətbiq ediləcək"

DMX rəisi: "Ukraynadan olan miqrantlara Azərbaycanda güzəştlər tətbiq ediləcək" “Saxlanılan qanunsuz miqrantların sayı çox azdır”
Xarici siyasət
10 May , 2022 12:59
DMX rəisi: Ukraynadan olan miqrantlara Azərbaycanda güzəştlər tətbiq ediləcək
Vüsal Hüseynov

“Saxlanılan qanunsuz miqrantların sayı çox azdır”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, ölkədə olan miqrantların sayı 142 mindirsə, qanunsuz miqrantların sayı 3-4 min arasında dəyişir: “DMX tərəfindən saxlanma mərkəzlərində çox məhdud sayda və son zərurət tədbirləri kimi şəxslər yerləşdirilir. Hazırda DMX tərəfindən saxlanma mərkəzlərində olan şəxslərin sayı 10-dan azdır”.

Vüsal Hüseynov Azərbaycana daha çox hansı ölkələrdən qanunsuz miqrantların səfər etdiyinə aydınlıq gətirib: “Qanunsuz miqrantlar adətən qonşu dövlətlərdə yaşayan və Cənub Şərqi Asiya ölkəsindən ölkəmizə səfər edən şəxslərdir. Bundan başqa, hazırda Ukrayna vətəndaşları arasında qanunsuz miqrasiya sayında müəyyən qədər artım var. Hazırda ölkədə Ukraynadan olan 8200-dən artıq şəxs yaşayır. Amma Ukraynadan olan qanunsuz miqrantların sayı ilə bağlı heç nə deyə bilmərəm. Bu şəxslər hazırda qanunsuz miqrant sayılmır. Çünki onlar mövcud vəziyyətlə bağlı öz ölkələrinə qayıda bilmirlərsə, onlara fərqli yanaşmaq lazımdır. Ukraynadan olan qanunsuz miqrantların sayı çox azdır”.

Xidmət rəisi qeyd edib ki, Ukraynadan olan miqrantlara güzəştlər tətbiq ediləcək: “Ukraynadan olan vətəndaşların Azərbaycanda leqal olaraq qalması üçün müvafiq tədbirlər görülür. Bununla bağlı güzəştlər nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi