Diplomatlara övladlığa götürdüyü 18 yaşına çatmamış uşaqlara görə müavinət ödənilə bilər

Diplomatlara övladlığa götürdüyü 18 yaşına çatmamış uşaqlara görə müavinət ödənilə bilər Xidmət dövründə diplomatik xidmət orqanının əməkdaşlarının 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə aylıq müavinət
Xarici siyasət
9 Dekabr , 2024 14:02
Diplomatlara övladlığa götürdüyü 18 yaşına çatmamış uşaqlara görə müavinət ödənilə bilər

Xidmət dövründə diplomatik xidmət orqanının əməkdaşlarının 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə aylıq müavinət ödənilə bilər.

“Report”un məlumatına görə, bu, “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanının əməkdaşlarının 18 yaşına çatmamış uşaqlarının övladlığa götürdüyü şəxslərin, eləcə də 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarının və övladlığa götürdüyü şəxslərin bir sıra xərcləri də dövlət tərəfindən ödənilməlidir.

Həmçinin diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə təhsil müavinəti ödənilməlidir.

Son xəbərlər

Orphus sistemi