​Derek Hoqan: “ABŞ-la Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlıq mövcuddur”

​Derek Hoqan: “ABŞ-la Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlıq mövcuddur” “Səfir məsələsinin tez zamanda həll olunmasını gözləyirik”
Xarici siyasət
20 Noyabr , 2014 12:15
​Derek Hoqan: “ABŞ-la Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlıq mövcuddur”

Bakı. 20 noyabr. REPORT.AZ/ “ABŞ-ın Azərbaycana yeni səfiri olaraq Robert Sekutanın namizədliyi prezident Barak Obama tərəfindən irəli sürülüb. Onun Senat tərəfindən təsdiq olunması məsələsi qalıb, biz də bu məsələnin tez zamanda həll olunmasını gözləyirik”. “Report”un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan ABŞ-ın Azərbaycana yeni səfirin nə vaxt təyin olunacağı barədə sualı cavablandırarkən deyib.

O əlavə edib ki, bu məsələ qanunvericiliklə nəzərdə tutulub.

Derek Hoqan ABŞ-ın Azərbaycanla əməkdaşlığı barədə danışarkən deyib ki, ABŞ Azərbaycan hökuməti ilə üç əsas sahə üzrə əməkdaşlıq edir.

“Bunlardan biri enerji sahəsində əməkdaşlıqdır ki, bu istiqamətdə iki ölkə arasında fəal əməkdaşlıq mövcuddur. İkincisi təhlükəsizlik sahəsidir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də buraya daxildir. Sonuncu isə qeyd etdiyimiz iki sahə qədər əhəmiyyətli olan iqtisadi və siyasi islahatların aparılması istiqamətidir ki, bununla bağlı da Azərbaycan hökuməti və ölkənin müvafiq təşkilatlarla birgə əməkdaşlıq edirik” - deyə, müvəqqəti işlər vəkili bildirib.

Son xəbərlər

Orphus sistemi