Dərbənddəki məktəbin rəhbərliyi Mehriban Əliyeva və Leyla Əliyevaya təşəkkür edib

Dərbənddəki məktəbin rəhbərliyi Mehriban Əliyeva və Leyla Əliyevaya təşəkkür edib Fondun vəsaiti hesabına məktəbdə yeni ikimərtəbəli korpusun tikintisinə başlanılıb
Xarici siyasət
25 Avqust , 2015 11:57
Dərbənddəki məktəbin rəhbərliyi Mehriban Əliyeva və Leyla Əliyevaya təşəkkür edib

Bakı. 25 avqust. REPORT.AZ/ Dərbənd şəhərinin 4 saylı ümumtəhsil məktəbinin pedaqoji kollektivi məktəbin əsaslı şəkildə təmir olunmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıq edib.

"Report" Dərbənd şəhər administrasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, məktəbdəki təmir Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılır və Dərbəndin 2000 illiyinin qeyd olunması ilə bağlı tədbirlərə həsr olunub. 

Ötən ilin sonunda burada yeni ikimərtəbəli korpusun tikintisinə başlanılıb. Həmin korpusda sinif otaqları, metodik kabinet və əmək təlimi üçün emalatxanaların qurulması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi