Deputat: "Ermənilər faşist Njdeni "qəhrəman" kimi təqdim edirlər"

Deputat: "Ermənilər faşist Njdeni "qəhrəman" kimi təqdim edirlər" Ermənilər faşist Qaregin Njdeni dərsliklərində qəhrəman kimi təqdim edirlər.
Xarici siyasət
2 yanvar 2024 08:15
Deputat: Ermənilər faşist Njdeni qəhrəman kimi təqdim edirlər

Ermənilər faşist Qaregin Njdeni dərsliklərində "qəhrəman" kimi təqdim edirlər.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Nigar Arpadarai “X” hesabında yazıb.

O qeyd edib ki, ötən gün erməni gənclər tsexakronizmin (erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyası - red) banisi, faşist Q.Njdenin İrəvandakı abidəsinin qarşısına toplaşıblar.

N.Arpadarai bildirib ki, ölkənin hər yerində faşist və irqçi Q.Njdenin abidələri və şəkilləri var: “O, hətta Ermənistanda dərsliklərdə "qəhrəman" kimi təqdim olunur”.

Son xəbərlər

Orphus sistemi