Deputat: “Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır”

Deputat: “Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır” “Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır”.
Xarici siyasət
27 Yanvar , 2023 11:21
Deputat: “Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır”

“Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Azərbaycan-İran münasibətlərində son dövrdə yaşanan gərginlik fonunda Tehrandakı səfirliyə silahlı hücumun olması çoxsaylı suallar yaradır. Suallardan biri də odur ki, cinayəti törədənlər nə dərəcədə siyasi motiv güdüblər və onların bu hərəkətlərinin arxasında kimlər dayanır? Bu suallar hələ də açıqdır”, - deputat bildirib.

Deputat xatırladıb ki, bundan əvvəl Azərbaycanın Fransada, Londonda, ABŞ-dakı səfirliklərinə də hücumlar: “Həmin hücumlarda itkilər yox idi. Tehrandakı silahlı hücumda həlak olan və yaralananlar var. Belə çıxır ki, bu silahlı hücuma əvvəldən hazırlaşılıb, məqsədöynlü şəkildə hazırlıq işləri görülüb. bu da növbəti suallar yaradır. İranın ali siyasi rəhbərliyi bütün bu kimi məsələlərə aydınlıq gətirməlidir. Çünki bu, çox mənfi presidentdir.

Cinayətkarlar mütləq şəkildə cəzalandırılmalı, səbəb və motivlərə tam aydınlıq gətirilməlidir. Bundan asılı olaraq Azərbaycan-İran münasibətləri müzakirə edilə bilər. İkitərəfli münasibətlərdə son dövrdə yaşanan gərginlik fonunda bu hadisənin baş verməsi əlavə gərginlik yaratmış oldu. Bütün baş vermiş təhlükəli hadisəyə, cinayətkar əmələ görə məsuliyyət qarşı tərəfin üzərinə düşür və onlar da cavab verməlidirlər. Belə çıxır ki, İran tərəfi orada çalışan səfirlik əməkdaşının təhlükəsizliyi məsələsinə çox barmaqarası baxıb. Ona görə də tam məsuliyyəti İran tərəfi daşıyır. Bundan sonra belə hadisələrin baş verməməsi ilə bağlı İranın öhdəlikləri olmalıdır”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Son xəbərlər

Orphus sistemi