İnsan Hüquqları Cəmiyyətinin prezidenti: Boneyra xalqı beynəlxalq dəstəyə güvənir

İnsan Hüquqları Cəmiyyətinin prezidenti: Boneyra xalqı beynəlxalq dəstəyə güvənir Boneyra xalqı öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyinə arxalanır.
Xarici siyasət
22 Avqust , 2024 11:00
İnsan Hüquqları Cəmiyyətinin prezidenti: Boneyra xalqı beynəlxalq dəstəyə güvənir

Boneyra xalqı öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyinə arxalanır.

"Report" xəbər verir ki, bunu Boneyra İnsan Hüquqları Cəmiyyətinin prezidenti Davika Jasmin Bissesar “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.

“Boneyra zəngin mədəni irsə malik kiçik bir adadır. Lakin dünyanın bir çox cəmiyyətlər kimi biz də problemlərlə üzləşirik. Xalqımızın öz müqəddəratını təyin etmək, özünəməxsusluğunu qorumaq və inkişaf etməklə bağlı hüquqları bizim missiyamızın əsasını təşkil edir”, - o bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin səsləri onların mübarizəsindəki vəziyyəti xeyli dəyişə bilər: “Kiçik cəmiyyətlərin hüquqları böyük xalqların hüquqları qədər vacibdir”.

Son xəbərlər

Orphus sistemi