Damir Muxetdinov: Müsəlman memarlıq abidələri dinlərarası dialoqun inkişafında mühüm rol oynayır

Xarici siyasət
  • 27 may, 2025
  • 13:33
Damir Muxetdinov: Müsəlman memarlıq abidələri dinlərarası dialoqun inkişafında mühüm rol oynayır

Müsəlman memarlıq abidələri, xüsusilə müsəlmanların ənənəvi yaşayış areallarından kənarda yerləşən abidələr dinlərarası dialoqun inkişafında mühüm rol oynayır.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Damir Muxetdinov Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dini tikililər, məsələn, məscidlər təkcə mənəvi birləşmə yerləri deyil, həm də dini və etnik müxtəliflik şəraitində mədəni diplomatiyanın əhəmiyyətli elementlərinə çevrilir.

"Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı tarix, onun müstəqilliyi və bərpası, dini təyinatlı memarlıq abidələrinin cəmiyyətin tarixi yaddaşında hansı rol oynadığını göstərir", - sədr müavini bildirib.

44 filmi