Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib

Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyir.
Xarici siyasət
30 Yanvar , 2023 02:49
Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib

Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyir.

“Report” xəbər verir ki, bu barədə Paraqvayın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin qəbuledilməz olduğunu bildirir, qurbanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasına ümid edir və faktların operativ şəkildə aydınlaşdırılmasını tələb edir", - bəyanatda qeyd olunur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Terror aktı ilə əlaqədar Azərbaycanın Tehrandakı səfirliyi fəliyyətini tamamilə dayandırıb, diplomatik korpusun əməkdaşları və onların ailə üzvləri Bakıya təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi