Yuxarı
    Bağlamaq

    Dağıstanın başçısı: "25 ildir dənizin dibini bölə bilmirik, tezliklə burada üçüncü ölkələr peyda ola bilər"

    İndi sanki Xəzər dənizinin dibindəyik

    Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycan Dərbəndin inkişafına 1 milyard rubl sərmayə yatırıb".

    "Report" xəbər verir ki, bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov deyib.

    Onun sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafında mədəniyyət mühüm əhəmiyyət kəsb edir. Dağıstanın başçısı, həmçinin dağıstanlıların Azərbaycandakı və azərbaycanlıların Dağıstandakı mədəni irsinin qorunması üzrə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

    R.Abdulatipov tərəflərin Xəzər dənizi üzrə əməkdaşlığının zəif olmasından da şikayətlənib: "İndi sanki Xəzər dənizinin dibindəyik. 25 ildir dənizin dibini bölə bilmirik. Tezliklə burada üçüncü ölkələr peyda ola bilər. Bu baş verəndə isə onların əməkdaşlığımıza mane olduqlarından şikayətlənəcəyik".

    Ticarət əlaqələrinin inkişafının əhəmiyyətindən danışan Dağıstanın rəhbəri bildirib ki, Azərbaycan-Rusiya sərhədində gündə 300 avtomobil buraxmaq qabiliyyətinə malik gömrük-logistika mərkəzi yaradılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi