Cozef Kinq: “Mədəni irsin məhv edilməsi ilə bağlı təhdidi unutmaq olmaz”

Xarici siyasət
  • 10 oktyabr, 2023
  • 11:34
Cozef Kinq: “Mədəni irsin məhv edilməsi ilə bağlı təhdidi unutmaq olmaz”

“Bəşəriyyət mədəni irsin məhv edilməsi ilə bağlı təhdidi unutmamalıdır”.

“Report” xəbər verir ki, bunu Mədəni İrsin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (ICCROM) direktoru Cozef Kinq Bakıda "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Mən tez-tez mədəni irs və texnoloji inkişaf arasında tarazlığın qorunması zərurəti haqqında eşidirəm. Əslində isə məsələ balans deyil. İrs və inkişafı birləşdirmək ideyası vəhdət təşkil etməlidir. Biz keçmişlə gələcəyi birləşdirməliyik", - o bildirb.

C.Kinq mədəni irsin qorunmasının bir çox problemin həlli ola biləcəyini vurğulayıb: “Mədəni irsi qorumaq istəyiriksə, yerli əhali, maraqlı tərəflər və mühəndislərlə birlikdə işləməliyik”.

44 filmi