Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibət vəhşilikdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev AYB-nin brifinqində deyib.
Onun sözlərinə görə, bu hadisə Azərbaycan-Fransa əlaqələrinə böyük zərbə vurur.
"Biz Fransa cəmiyyətinin mədəniyyətini yüksək qiymətləndiririk, ancaq onların münasibəti göz qabağındadır. Mən inanmıram ki, Azərbaycanda Fransaya qarşı belə şeylər edilsin. Amma təəssüflər olsun ki, Fransanın siyasəti belədir", - Ç.Abdullayev qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə deyib ki, Xurşidbanu Natəvanın abidəsinə qarşı edilən hərəkət yolverilməzdir: "Tələb edirik ki, Natəvanın heykəlinə qarşı olan ədəbsiz hərəkətlərə son qoyulsun".