Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində keçiriləcək ziyafətdə milli musiqilərimiz səslənəcək

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində keçiriləcək ziyafətdə milli musiqilərimiz səslənəcək Çində Azərbaycan Prezidentinin dövlət səfəri çərçivəsində keçirilən ziyafətdə Azərbaycan milli musiqilər səslənəcək.
Xarici siyasət
23 aprel 2025 10:02
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində keçiriləcək ziyafətdə milli musiqilərimiz səslənəcək

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində keçiriləcək ziyafətdə milli musiqilərimiz səslənəcək.

"Report"un məlumatına görə, ziyafətdə "Arşın mal alan" filmindən musiqilər, Bakı, Azərbaycan haqqında mahnılar ifa olunacaq.

Məlumata görə, İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Pekində təntənəli dövlət qəbulu təşkil olunacaq.

Bu tədbir iki ölkə arasında möhkəmlənən əlaqələrin parlaq sübutu və Azərbaycan liderinə xüsusi hörmət əlaməti olacaq.

Qəbul proqramına dirijor Çjao Çuantszinin rəhbərliyi altında Çin Xalq Azadlıq Ordusunun hərbi orkestrinin çıxışı daxildir. "Arşın mal alan" filmindən məşhur Azərbaycan melodiyaları, həmçinin "Bakı", "Mənim Azərbaycanım" və "Qürurlanma" kompozisiyaları səsləndiriləcək.

Dövlət qəbulunun menyusunda zəngin Çin mətbəxinin zənginliyi və müxtəlifliyi əks olunub. Qonaqlara Pekin ördəyi, xırtıldayan mal əti, ətirli bulyonda tərəvəzlər, zəfəran sousu ilə hazırlanmış zərif treska balığı, toyuq bulyonunda molyusklar və xərçəng əti və ördək sarısı ilə əriştə kimi nəfis yeməklər təqdim olunacaq. Desert olaraq lokva (yapon əzgili) içlikli şirin kürəciklər, kremli tort, təzə meyvələr və dondurma veriləcək. İçkilərə ənənəvi Çin çayı, qəhvə, həmçinin Çində istehsal edilmiş və yetişdirilmiş elit qırmızı və ağ quru şərablar daxildir.

Son xəbərlər

Orphus sistemi