Vaşinqton və Bakı regional təhlükəsizlik məsələsində əməkdaşlığı dərinləşdirə biləcək.
Bunu "Report"un sualına cavablandıran ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
“Biz bunu artıq effektiv şəkildə edirik, lakin biz irəlilədikcə daha çox şey etməyi, təhlükəsizliyi və sülhü təmin etməyi, regiondan kənarda baş verən təhdidləri aradan qaldırmağı və bütövlükdə region daxilində etimadı gücləndirməyi ümid edirik. Hesab edirəm ki, həm Gürcüstandan, həm də Ermənistandan keçən marşrutlarla Orta Dəhliz üzərində işləmək irəliyə doğru mühüm addım olacaq”, - o bildirib.
C.O’Brayn bildirib ki, layihə regionda bütün insanları birləşdirə bilər: “Bu olduqca güclü bir etimad amilidir. Hesab edirəm ki, bu yaxınlarda sərhədlərin demarkasiyası haqqında əldə edilən razılaşma irəliyə doğru çox mühüm addım idi”.