Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşüb 20 may 2022-ci il tarixində nazir Ceyhun Bayramov ilə Turin Politexnik Universitetinin rektoru Quido Sarakko arasında görüş keçirilib.
Xarici siyasət
20 May , 2022 20:37
Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Turin Politexnik Universitetinin rektoru Quido Sarakko arasında görüş keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsində humanitar sahənin əhəmiyyəti, bu xüsusda İtaliya-Azərbaycan Universitetinin oynayacağı önəmli rol və İtaliya-Azərbaycan Universitetində mühəndislik ixtisasları üzrə proqramların qurulmasında Turin Politexnik Universiteti ilə əməkdaşlıq mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliya Senatının Turin şəhərindən olan üzvü, Senat daimi komissiyasının sədri, İtaliya Parlamentində Azərbaycan-İtaliya parlamentlərarası dostluq Assosiasiyasının sədr-müavini senator Mauro Marino da iştirak edib.

Son xəbərlər

Orphus sistemi