Ceyhun Bayramov belçikalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Ceyhun Bayramov belçikalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib NATO Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşüb.
NATO Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
"Həmçinin münaqişədən sonrakı regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə olunub",-məlumatda qeyd edilib.
In the margins of #NATOSummit, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of Azerbaijan met with @HadjaLahbib, Minister of Foreign Affairs, European Affairs, Foreign Trade, and the Federal Cultural Institutions of Belgium.