Ceyhun Bayramov: "Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir"

Ceyhun Bayramov: "Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir" "Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir"
Xarici siyasət
22 Fevral , 2021 18:21
Ceyhun Bayramov: Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir
Ceyhun Bayramov

"Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır. Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialoq, mətbuatın inkişafına dəstək, əlilliyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gənclərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə edir".

"Report" xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

"Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin mühüm işini dəstəkləmək məqsədilə Azərbaycan mütəmadi qaydada Ofisə könüllü maliyyə töhfələri ayırır və bunu etməkdə davam edəcəkdir. Biz üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının mühüm rolunu yüksək qiymətləndiririk. Bu baxımdan ölkəmiz bütün mandat daşıyıcılara daimi dəvət ünvanlamışdır", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi