Ceyhun Bayramov Avropa Şurasının Baş katibinə Azərbaycanın narahatlığını çatdırıb - YENİLƏNİB

Ceyhun Bayramov Avropa Şurasının Baş katibinə Azərbaycanın narahatlığını çatdırıb - YENİLƏNİB Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
Xarici siyasət
25 Sentyabr , 2024 04:25
Ceyhun Bayramov Avropa Şurasının Baş katibinə Azərbaycanın narahatlığını çatdırıb - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Avropa Şurası arasında mövcud gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Azərbaycanın dialoq və qarşılıqlı hörmətə əsaslanaraq hər zaman Avropa Şurasının təsisatları ilə əməkdaşlığa açıq olduğu bildirilib. Buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq etməməsinə dair qərarının əsassız və açıq şəkildə qərəzli olmaqla yanaşı dialoqa xidmət etmədiyi vurğulanıb.

Tərəflər arasındakı bütün fikir ayrılıqlarının dialoq, qarşılıqlı hörmət və anlaşma vasitəsilə həll edilməli olduğu, Azərbaycan tərəfinin Avropa Şurası və onun təsisatlarından gözləntisinin də məhz bundan ibarət olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatından bəhs edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

01:29

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ceyhun Bayramov AŞ-nin fəaliyyəti çərçivəsində bir çox məsələlərdə Azərbaycanın mövqeyinə diqqət çəkib.

Bundan başqa, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı qərəzli münasibətdən narahatlıq ifadə olunub ki, bu da bütövlükdə Avropa Şurasının imicinə və nüfuzuna böyük xələl gətirir.

Son xəbərlər

Orphus sistemi