Səfir: "Azərbaycan Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaşdır"

Səfir: "Azərbaycan Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaşdır" "Azərbaycan Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaşdır".
Xarici siyasət
9 Dekabr , 2022 20:34
Səfir: Azərbaycan Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaşdır

"Azərbaycan Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaşdır".

"Report" xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Hörleman xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.

Görüşdə C.Bayramov yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. Bu il diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu Almaniya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq, cari ilin mart ayında Almaniyaya səfərini və xarici işlər naziri Annalena Beerbok daxil olmaqla keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.

Görüş zamanı ikitərəfli və regional vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.

Həmçinin 44 günlük Vətən müharibəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verilib.

H.Maniq diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdırıb. Səfir ölkələrimiz arasında energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.

Daha sonra Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi