Noyabr ayına qədər uzun müddət Ermənistandan sülh təklifləri ilə bağlı heç bir reaksiya ala bilməmişdik.
“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan da bunu təsdiqləyib: “Bu il fiziki görüşlər də həyata keçirildi. Amma son aylar durğunluq yaşanıb. 2024- cü ildə görüşlərin bərpasının şahidi olacağımıza inanırıq”.