Cevdet Yılmaz Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib - YENİLƏNİB

Cevdet Yılmaz Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib - YENİLƏNİB Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkil qoyub.
Xarici siyasət
20 Dekabr , 2023 11:55
Cevdet Yılmaz Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib - YENİLƏNİB

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

“Report”un xəbərinə görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb. O, həmçinin "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Cevdet Yılmaz "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.

11:35

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

“Report”un xəbərinə görə, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Son xəbərlər

Orphus sistemi