Yuxarı

Valeri Çeçelaşvili: "Yeni baş katibin gəlişi GUAM-a yeni nəfəs gətirəcək"

Azərbaycan hər zaman GUAM layihələrinin həyata keçirilməsində fəal iştirak edib

Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycan hər zaman GUAM layihələrinin həyata keçirilməsində fəal iştirak edib". Bunu "Report"a müsahibəsində təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib. 

"Azərbaycan GUAM-ın tərkibindəki digər dövlətlər kimi, təsisçi ölkədir. Azərbaycanın səsi olmadan heç bir şey etmək mümkün deyil", - V.Çeçelaşvili qeyd edib. 

Onun sözlərinə görə, GUAM-da baş verən hər bir hadisə təşkilata daxil olan hər bir dövlətin, o cümlədən Azərbaycanın maraqlarına uyğundur. "Azərbaycan hər zaman GUAM formatında əməkdaşlığın inkişafı üzrə planların həyata keçirilməsində fəal iştirak edib", - baş katib vurğulayıb. 

Təşkilatın rəhbəri qeyd edib ki, gələn ildən GUAM strukturu yeni nəfəs qazanacaq, çünki təşkilata sədrlik rotasiya üzrə plana uyğun olaraq Azərbaycana keçir. 

"Bundan başqa, yeni baş katib regionda yaxşı tanınan diplomat Altay Əfəndiyev təyin olunacaq. Bu çox intellektual, bilikli, diplomatiyadan yaxşı başı çıxan bir insandır, ona görə də düşünürəm ki, gələn il çox maraqlı olacaq", - V.Çeçelaşvili bildirib. 

Yanvarın 1-dən azərbaycanlı diplomat Altay Əfəndiyev bu vəzifədə V.Çeçelaşvilini əvəz edəcək. 

Valeri Çeçelaşvili yeni baş katibə təşkilatın bu illər ərzində əldə etdiklərini artırmağı və GUAM-ın əldə edə bilmədiyi uğurları əldə etməyi arzulayıb 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi