Çavuşoğlu: "Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir"

Çavuşoğlu: "Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir" "Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir".
Xarici siyasət
13 Aprel , 2023 23:02
Çavuşoğlu: Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir
Mövlud Çavuşoğlu

"Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.

Çavuşoğlu, bununla yanaşı bildirib ki, Azərbaycan "İslam Səkkizliy"inə (D8) üzv olmaq üçün müraciət edib.

"Türk Dövlətləri Təşkilatını qlobal aktora çevirməliyik. Bizə D-8-i D-20 etmək lazımdır. İndi Azərbaycan da müraciət edib. Təsisçisi və mühüm aktorları olduğumuz bütün regional təşkilatları qlobal aktora çevirəcəyik", - Türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, “D-8” formatına Türkiyə İran, Pakistan, Bangladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi Türkiyə və İndoneziya “Böyük İyirmiliy”in (G-20) üzvüdür. Türkiyənin sədrliyi dövründə Azərbaycan “Böyük iyirmilər”in toplantılarında xüsusi statuslu qonaq kimi iştirak edib.

Son xəbərlər

Orphus sistemi