Yuxarı
    Bağlamaq

    Bu gün AŞPA-nın qış sessiyası başlayır

    Sessiyada AŞPA-nın yeni sədri, təşkilatın insan haqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri seçiləcək

    Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

    "Report" xəbər verir ki, toplantıda Azərbaycan nümayəndə heyəti də iştirak edir. 

    Sessiyada AŞPA-nın yeni sədri, təşkilatın insan haqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri seçiləcək.

    Bundan başqa, Danimarkanın varis şahzadəsi, Avstriyanın Prezidenti Aleksandr van der Bellen iclasda çıxış edəcəklər. Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarqsyan AŞPA deputatları qarşısında məruzə edəcək.

    Yanvarın 26-da isə sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hazırladığı hesabat müzakirə olunacaq.

    Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitizmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var. 

    Sessiya yanvarın 26-da başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi