Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Britaniyanın Azərbaycandakı səfirliyinin binasında Birləşmiş Krallığın dövlət bayrağı endirilib.
Xarici siyasət
8 Sentyabr , 2022 23:12
Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Britaniyanın Azərbaycandakı səfirliyinin binasında Birləşmiş Krallığın dövlət bayrağı endirilib.

“Report” xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar Birləşmiş Krallığın Azərbaycandakı səfirliyində bu ölkənin dövlət bayrağı aşağı salınıb.

Qeyd edək ki, II Elizabet bu gün 96 yaşında vəfat edib.

Xatırladaq ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Aİ üzvü olan bütün ölkələrdə bayraqların yarıya qədər endiriləcəyini bildirib. O, Aİ-nin Kral ailəsinin yanında olduğunu və Böyük Britaniya xalqı ilə birlikdə ülyahəzrətin vəfatı ilə əlaqədar yas tutduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi