Yuxarı
    Bağlamaq

    Britaniyalı deputat separatçı Bako Saakyanın səfəri ilə bağlı "Chatham House"un direktoruna etiraz məktubu göndərib

    Deputat: Belə arzuolunmaz şəxsin Londona dəvət olunması məni kədərləndirir

    Bakı. 7 iyul. REPORT.AZ/ Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Bləkmən qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib. 

    "Report" xəbər verir ki, deputat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavabında "Chatham House" Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B.Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktubu ilə müraciət etdiyini deyib.

    Etiraz məktubunda deyilir: "Ötən həftə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan kitab təqdimatında iştirak etmək mənə nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin dırnaqarası prezidenti Bako Saakyanın "Chatham House"da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə şoka düşdüm. 

    Böyük Britaniya hökuməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökumət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya–Azərbaycan Parlamentlərarası Dostluq qrupunun katibi olaraq "Chatham House" kimi nüfuzlu instituta belə arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün sizə müraciət edirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi