Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tibb işçiləri üçün platformanın yaradılmasına maliyyə ayırıb.
Bu barədə “Report”a diplomatik nümayəndəlikdən məlumat verilib.
“Böyük Britaniya səfirliyi COVID-19 pandemiyası ilə mübarizədə kömək etmək üçün xəstəxanaların tibbi personalına təlim verilməsində Azərbaycana dəstək olmaqdan qürur duyur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə Böyük Britaniya səfirliyi, Azərbaycanda xəstəxana personalına yeni təlim resurslarına çıxışın yaradılması və həmkarları ilə ünsiyyətə girməyə imkan verən