Britaniya səfiri Fuad Nəcəfli ilə Naxçıvanın enerji potensialını müzakirə edib
Britaniya səfiri Fuad Nəcəfli ilə Naxçıvanın enerji potensialını müzakirə edibBöyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli regionun enerji potensialını müzakirə ediblər.
Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld və Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli regionun enerji potensialını müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Naxçıvana ilk işgüzar səfərim zamanı Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək xoş oldu. Regionun sosial-iqtisadi inkişafı və enerji potensialı ətrafında mövzulara toxunduq. Münasibətlərimiz insan kapitalının inkişafına dəstək vasitəsilə də böyüməyə davam edir”, - paylaşımda qeyd edilib.
Naxçıvana ilk işgüzar səfərim zamanı @NMR_ARPSN-in Xüsusi Nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək xoş oldu. Naxçıvanın sosial-iqtisadi inkişafı və enerji potensialı ətrafında mövzulara toxunduq. Münasibətlərimiz insan kapitalının inkişafına dəstək vasitəsilə də böyüməyə davam edir. pic.twitter.com/sAyMd0aOFI