Britaniya səfiri Azərbaycanla münasibətlərin qurulması tarixini xüsusi gün adlandırıb
- 11 mart, 2022
- 08:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, 62 yaşlı diplomat tviterdə yazıb:
“11 mart xüsusi gündür. Bu gün biz Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyinə təşkil etdikləri sərgi və tədbir üçün təşəkkür edirik”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyində Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
11 Mart xüsusi gündür. Bu gün biz Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu münasibətlə @AzerbaijanMFA-nə təşkil etdikləri sərgi və tədbir üçün təşəkkür edirik. #UKAZ30 pic.twitter.com/IY7FxMbopU
— James Sharp (@JamesSharpFCDO) March 11, 2022