Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı tədbir keçirilib Xarici İşlər Nazirliyində Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir
Xarici siyasət
11 Mart , 2022 18:14
Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfirliyinin əməkdaşları, habelə Britaniya Şurasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Böyük Britaniya arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticari, mədəni, təhsil və digər sahələrdə münasibətlərin 30 illik inkişaf yoluna nəzər salıb və iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp Azərbaycan və Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyini bildirib. Səfir bp və digər Britaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətini vurğulamaqla yanaşı, Azərbaycanın da öz növbəsində Avropanın enerji təhlükəsizliyinə töhfəsini məmnunluqla qeyd edib.

Sonra çıxış edən Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçıları Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

11:56

Xarici İşlər Nazirliyində Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

“Report” xəbər verir ki, bu barədə XİN tviterdə məlumat yayıb.

Məlumata görə, tədbirdə iştirak edənlər sırasında xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, həmçinin Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson var.

Son xəbərlər

Orphus sistemi