Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb Artıq Türkiyə, Fələstin, Hindistan səfirləri və BMT-nin Bakı ofisinin rəhbəri kitabda qeydlərini edib
Xarici siyasət
24 May , 2017 12:27
Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Bakı. 24 may. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfirliyində Mançesterdə törədilən terror hücumunda həlak olanları anmaq məqsədilə xatirə kitabı açılıb.

"Report" xəbər verir ki, xatirə kitabı 24 və 25 may tarixlərində saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək açıq olacaq.

Artıq Türkiyə, Fələstin, Hindistan səfirləri və BMT-nin Bakı ofisinin rəhbəri, eləcə də Qazaxıstan, Türkmənistan səfirliklərinin nümayəndələri kitabda qeydlərini edib.

Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi