Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib Səfir Kerol Krofts: "Böyük Britaniya qız və qadınların təhsilinin yaxşılaşdırılması məsələsinə töhfə verir"
Xarici siyasət
1197
7 Mart , 2018 14:33
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib
Report.az

Bakı. 7 mart. REPORT.AZ/ "Səsvermə hüququnun əldə edilməsinin 100 illiyi qadınlar üçün böyük uğurdur".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, bu il həm Böyük Britaniyada, həm də Azərbaycanda qadınların səsvermə hüququna sahib olmasının yüzilliyidir.

"Britaniya parlamentinin tərkibi 2018-ci ildə ən çox şaxələndirildi, indi orada qadınlar üstünlük təşkil edirlər. Amma bununla əlaqədar hələ qarşıya qoyulmalı hədəflər var", - diplomat deyib.

Onun sözlərinə görə, gender bərabərliyi vacib məsələdir, çünki qadınlar ölkə əhalisinin yarısını təşkil edir və təmsil olunma hüququna malikdirlər.

Səfir qadınların daha çox təmsil olunmasının həm də biznesin inkişafı üçün çox vacib məsələ olduğunu vurğulayıb.

"Böyük Britaniya həm də qızlar və qadınların təhsilinin yaxşılaşdırılması məsələsinə töhfə verir", - K.Krofts vurğulayıb.

Onun sözlərinə görə, qadınlar üçün təhsilin yaxşılaşdırılması prosesi ümumi tərəqqiyə və rifaha kömək edir.

Orphus sistemi