Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Gürcüstanın Araşdırmalar Fondu ilə əməkdaşlıq edəcək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Gürcüstanın Araşdırmalar Fondu ilə əməkdaşlıq edəcək Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Gürcüstanda səfərdədir.
Xarici siyasət
13 Sentyabr , 2019 11:20
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Gürcüstanın Araşdırmalar Fondu ilə əməkdaşlıq edəcək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Gürcüstanda səfərdədir. 

“Report”un yerli bürosu xəbər verir ki, o, səfər çərçivəsində Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda (Rondeli Fondu) olub.

Fondun prezidenti Ekaterine Metreveli BMTM-nin yardılmasını alqışlayıb və mərkəzlə əməkdaşlığa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Rondeli Fondu Azərbaycanın araşdırma mərkəzləri ilə uzun illərdir əməkdaşlıq edir.

F.Şəfiyev BMTM-in yaranma tarixi və məqsədlərindən danışıb. O bildirib ki, mərkəzin əsas prioritetərindən biri Gürcüstana səfər etmək olub: “Mərkəz rəsmi maliiyyələşdirmə alandan sonra ilk səfər Tbilisiyə olub. Azərbaycan və Gürcüstanı tarixi və sıx iqtisadi-siyasi əlaqələr birləşdirir”.

Görüşdə BMTM və Rondeli Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Rondeli Fondunun prezidenti E.Metreveli və BMTM sədri F.Şəfiyev imzalayıblar.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Qeyd edək ki, Rondeli Fondu 1998-ci ildə yaradılıb. Təşkilat Gürcüstanla yanaşı bütün Qafqazda daxili və beynəlxalq məsələlərlə bağlı araşdırma və təhlillər aparır. Fondun fəaliyyət istiqaməti demokratiyanın təşviqi və regional əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Son xəbərlər

Orphus sistemi