BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfərə gəlib

BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfərə gəlib Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutub
Xarici siyasət
15 Sentyabr , 2016 01:56
BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfərə gəlib

Bakı. 15 sentyabr. REPORT.AZ/ BMT-nin xüsusi məruzəçisi Mişel Forst Azərbaycana səfərə gəlib.

"Report" BMT radiosuna istinadən xəbər verir ki, Azərbaycan hökumətinin dəvəti ilə baş tutan səfərdə məqsəd ölkədə insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaqdır.

Xüsusi məruzəçi səfər müddətində bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, o cümlədən vətəndaş cəmiyyətinin və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək. Səfər sentyabrın 22-dək davam edəcək.

Mişel Forstun yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.

Qeyd edək ki, Mişel Forst BMT-nin İnsan Haqları Şurasının tərəfindən dünyada insan haqları müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirmək üçün səlahiyyətləndirilmiş müstəqil ekspertdir.

Son xəbərlər

Orphus sistemi