BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi: "Mədəniyyətlərarası dialoq münaqişələrin qarşısının alınması üçün mühüm vasitədir"

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi: "Mədəniyyətlərarası dialoq münaqişələrin qarşısının alınması üçün mühüm vasitədir" "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər dünyada anlaşma və tolerantlıq yaratmaq üçün vacibdir"
Xarici siyasət
652
5 May , 2017 11:05
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi: Mədəniyyətlərarası dialoq münaqişələrin qarşısının alınması üçün mühüm vasitədir
Report.az

Bakı. 5 may. REPORT.AZ/ "Mədəniyyətlərarası dialoq münaqişələrin qarşısının alınması üçün mühüm vasitədir".

"Report" xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.

O, ksenofobiya və dözümsüzlük, ekstremizmə qarşı mübarizədə siyasi liderlərin mühüm rol oynadığını bildirib.

Ali nümayəndə qeyd edib ki, Azərbaycanın keçirdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər dünyada anlaşma, tolerantlıq və müxtəliflik yaratmaq üçün vacibdir.

Əl-Nasser bugünkü forumun bu mövzuda bir çox səmərəli ideya yaradacağına əminliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi