BMT-dəki daimi nümayəndə: "Suriyanın ərazi bütövlüyünə hörmət edilməlidir"

BMT-dəki daimi nümayəndə: "Suriyanın ərazi bütövlüyünə hörmət edilməlidir" Bəşər Cəfəri: "Suriya münaqişəsi üçüncü ölkələrin müdaxiləsi olmadan həll edilməlidir"
Xarici siyasət
6 Aprel , 2018 13:05
BMT-dəki daimi nümayəndə: Suriyanın ərazi bütövlüyünə hörmət edilməlidir
Report

Bakı. 6 aprel. REPORT.AZ/ "Suriya münaqişəsi üçüncü ölkələrin müdaxiləsi olmadan həll edilməlidir. Suriyanın ərazi bütövlüyünə hörmət edilməlidir".

"Report" xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransında deyib.

Onun sözlərinə görə, ABŞ və Türkiyənin Suriyanın daxili işlərinə müdaxiləsi ona qarşı təcavüzdür.

Bundan əlavə, diplomat əlavə edib ki, regionun əsas problemlərindən biri terrorizmin yayılması və digər regional münaqişələrin dərinləşməsidir.

"Terrorizm və vandalizm aktlarına qarşı konkret addımlar atmaq lazımdır. Həmçinin paytaxtı Şərq Qüds olmaqla Fələstin dövlətinin qurmasını dəstəkləyirik", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi