Birləşmiş Millətlər Təşkilatının (
"Report" BMT-nin Azərbaycandakı nümayəndəliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Rozmari DiKarlo oktyabrın 25-dən 26-dək Azərbaycanda işgüzar səfərdə olacaq və Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII sammitində BMT Baş katibini təmsil edəcək.
O, Bakıda Azərbaycan hökumətinin nümayəndələri, BMT agentliklərinin və Azərbaycanda fəaliyyət göstərən tərəfdaş vətəndaş cəmiyyəti təşkilatlarının, o cümlədən gənclər qruplarının nümayəndələri ilə ikitərəfli məsləhətləşmələr aparacaq.
Sammit çərçivəsində təşkilata üzv bəzi ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməsi də gözlənilir.
BMT Baş katibinin müavini oktyabrın 27-də Gürcüstana, oktyabrın 28-də isə Ermənistana gedəcək.
Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.
Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.