Migel Anxel Moratinos: Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı yüksək qiymətləndirirəm

Migel Anxel Moratinos: Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı yüksək qiymətləndirirəm Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı razılaşmanı yüksək qiymətləndirirəm. Mən belə bir addıma görə hər iki dövlətin liderini, xüsusilə də Prezident İlham Əliyevi alqışlayıram.
Xarici siyasət
1 May , 2024 10:34
Migel Anxel Moratinos: Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı yüksək qiymətləndirirəm

BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan və Ermənistan arasında aprelin 19-da dövlət sərhədlərinin delimitasiyası ilə bağlı razılaşmanı yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, o, bunu mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.

M.A.Moratinos belə bir addıma görə hər iki dövlətin liderini, xüsusilə də Prezident İlham Əliyevi alqışladığını vurğulayıb.

BMT rəsmisi Yaxın Şərqdəki vəziyyətdən də söz açıb:

"Bu gün Yaxın Şərqdəki müharibəyə son qoymaq bizim üçün təxirəsalınmaz məsələdir. Ümid edirəm ki, bugünkü danışıqlardan sonra Qəzzadakı müharibə bitəcək və İsraildən olan girovlar da geri qaytarılacaq”.

Son xəbərlər

Orphus sistemi